Goranboyda baş verən yol qəzasında iki nəfər ölüb

Hazırda oxunan: Goranboyda baş verən yol qəzasında iki nəfər ölüb

43443

Moderator.az xəbər verir ki, Goranboy rayonunda ağır yol qəzası baş verib. Rayonun Cinli Boluslu kəndində "Hyundai" və KİA markalı minik avtomobilləri toqquşub.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hər iki avtomobilin sürücüsü hadisə yerində ölüb.

Deformasiyaya uğramış KİA markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış, 1973-cü il təvəllüdlü sürücü Əhmədov Hikmət Komissar oğlunun meyiti müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla yanğınsöndürən-xilasedicilər tərəfindən, "Hyundai" avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Məmmədov Nicat Mürşüd oğlunun meyiti isə vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin