Ağdaşda 2 otaqlı ev əşyaları ilə birgə yandı

Hazırda oxunan: Ağdaşda 2 otaqlı ev əşyaları ilə birgə yandı

41139
Yanğın hadisəsi rayonun Qulbənd kəndində 37 yaşlı Sədiyar Cəbrayılova məxsus fərdi yaşayış evində qeydə alınıb. 

Ümumi sahəsi 90 kvadratmetr olan 2 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə rayon Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilsə də, onlar hadisə yerinə gələnə qədər evin dam örtüyü, otaqların tavanı və döşəməsi, içərisindəki məişət əşyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. 

Yanğının baş verməsini qaz sobasının düzgün quraşdırılmaması ilə əlaqləndirirlər. Yanğından mühafizə xidmətinin əməkdaşları alovları söndürüb və onun yaxınlıqda yeni tikilən evə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin