“Bəzi məmurlar müharibə veteranlarının haqqını yeməkdə davam edir”x9d

Hazırda oxunan: “Bəzi məmurlar müharibə veteranlarının haqqını yeməkdə davam edir”x9d

80019

“Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov Moderator.az-a  açıqlamasında məmur özbaşınalığı ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Dəyərli dostlar, hörmətli həmkarlar!!!

Qarşıdan 26 iyun Silahlı Qüvvələrin növbəti ildönümü günü gəlir. Adəti üzrə hamı bu bayramdan nə isə gözləyir, hərənin bir arzu, istəyi, gözləntisi var. Xidmətdə olan və haqqı çatanlar hərbçi kimi Vətən qarşısında öz çətin, lakin şərəfli fəaliyyətlərinə görə yuxarı komandanlıq tərəfindən layiqincə qiymətləndiriləcəklərinə ümid bəsləyirlər. Ehtiyatda olanları isə ən çox maraqlandıran və tez-tez soruşduqları suallardan biri də yəqin ki o olacaq ki, görəsən bu bayramda da nə isə müsbətə doğru dəyişikliklər olacaqmı? Ələlxüsus da, Qarabağ savaşının həqiqi iştrakçıları olmuş zabit və gizirlər, mətin əsgər və çavuşlar hələ də Səlim Müslümov adlı keçmiş Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri, indi isə Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) naziri vəzifəsində olan məmurun 2012-ci ilin mayın 1-dən yol verdiyi özbaşınalığın nəhayət ki, nə vaxt aradan qalıdrılacağı günü böyük səbirsizliklə gözləyirlər. Baxmayaraq ki, şəxsən mənim iştrakımla biz ötən il ƏƏSM nazirliyində qəbulda olanda bizə rəsmilər söz verdilər ki, bu məsələ tezliklə öz həllini tapacaq və "Müharibə Veteranı" olan şəxslərin hüquqları tam şəkildə bərpa olunacaq.

Məsələnin məğzini yaddaşı zəif olan məmurların diqqətinə bir daha çatdırmağı vacib sayıram.

2012-ci ilin mayın 1-dən DSMF heç bir ciddi, qanuni əsas olmadan pensiyada olan "Müharibə Veteranlarına" verilən 11 manat müavinatın verilməsini dayandırıb. Özü də, bunu elə şəkildə ediblər ki, guya bu qanunidir və bu addımın qanuni olması nədənsə hörmətli DSMF-nun o vaxtkı rəhbəri, hazırda isə Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri cənab Səlim Müslümovun adı ilə bağlanır. Biz, bir qrup Qarabağ müharibəsi veteranları, 2014-cü ilin uyunun 09-da ƏƏSMN-də rəsmi qəbulda olduq və nazirə ünvanlanmış məktubumuzu təqdim etdik. Bizə bildirildi ki, bu məsələ onlarlıq deyil, guya bunu DSMF özü həll etməlidir. Mənim ƏƏSMN-nin Sosial Müavinatlar Sektorunun müdiri cənab Rüfət Mürşüdovla da danışığımız oldu. O da, bildirdi ki, bu məsələ ilə əlaqədar guya işlər gedir, amma bu işlərin nədən ibarət olmasını açıqlanmadı. Bizə hətta o vax onu da bildirdilər ki, ƏƏSM naziri cənab Səlim Müslümov iyunun 12-də xaricdən istirahətdən geri qayıdandan sonra bizim müraciətimizlə bağlı ona ətraflı məruzə ediləcək.

Biz Qarabaq müharibəsinin iştrakçıları və hazırda təqaüddə olan şəxslər, böyük dözüm və təvazökarlıq, səbr və dəyanət nümayiş etdirdik. Dəfələrlə müxtəlif instansiyalara və hətta məhkəmələrə də baş vurduq. Amma, görürük ki, kimlərsə, son dərəcə saymazyana biz "Müharibə Veteranlarının" haqqını yeməkdə davam edir. Sonuncu dəfə, bir daha xatırladıram ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş "Sosial müavinatlar haqqında" qanun və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərman isə Azərbaycan Respublikası Prezidentinin 11 manat məbləğində müavinatla əlaqədar olan 26 dekabr 2001-ci il tarixli, 631 nömrəli və 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanlarını LƏÄžV ETMƏMİŞDİR.

Çox istərdim ki, hörmətli nazir Səlim Müslümov və onun əməkdaşları Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisad Kollegiyası tərəfindən 25 aprel 2013-cü ildə çıxarılmış Qərara da bir daha diqqət və əməl etsinlər.

Fürsətdən istifadə edib, mən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova Qarabağ müharibəsi veteranları adından bir daha müraciət edirəm.

Hörmətli cənab nazir!

Bizim Sizə bu müraciətimizə ciddi yanaşılacağına və çoxminli Qarabaq müharibəsi veteranlarının narahatçılığına son qoyacağınıza ümid edirik.

2012-ci il mayın 1-dən pensiyada olan müharibə veteranlarının pensiyalarının üzərinə hesablanan 11 manat müavinatın verilməsi dayandırılıb. Dövlət Sosial Müdafiə Fondu bunu “Sosial Müavinatlar Haqqında”x9d Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanunun 7.0.6-cı maddəsinə əsasən dayandırıldığını bildirib. Belə ki, həmin müavinatın onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadığı halda təyin edilməsi bildirilir. Belə bir qərarın səhvən qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisad Kollegiyası tərəfindən də 25 aprel 2013-cü ildə bir daha rəsmən təsdiq edilməsinə baxmayaraq bu günə qədər bu müavinat ödənilmir.

2001-ci ildə "Veteranlar haqqında" qanunvericiliyə bir əlavə edildi. Belə ki, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunmasının təmin edilməsi haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 â„–-li Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə Veteranı”x9d adı almış şəxslərə 11 AZN məbləğində aylıq müavinat müəyyən olundu.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 09 yanvar 2â„–2-H qərarı ilə təsdiq olunmuş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunması ilə əlaqədar həmin müavinatların vətəndaşlara verilməsi Qaydaları”x9dnın 1-ci bəndinə əsasən (17.06.2006-cı il tarixli 151 saylı Qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunmasının təmin edilməsi haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 â„–-li Fərmanı ilə müəyyən olunan müavinatlar hərbi qulluqçulara-onların xidmət keçdiyi orqan, pensiya alanlara isə, pensiyaların üzərinə hesablanmaqla müvafiq pensiya təyin edən orqan tətəfindən ödənilirdi. Maraqlı olan cəhət ondan ibarətdir ki, hərbi xidmətdə olan, işləyən “Müharibə Veteranları”x9d üçün 2014-cü ilin aprelin 1-dən həmin müavinat 45 manat olsa da, pensiyada olan müharibə veteranları üçün həmin məbləğ ümumiyyətlə ödənilmir və ödənilməyə başlayarsa, nədənsə 11 manatdır.

Biz Qarabağ müharibəsi veteranlarını ən çox maraqlandıran məsələlərdən biri də, 01 yanvar 2006-cı ildən qüvvədə olan “Sosial Müavinatlar Haqqında”x9dAzərbaycan Respublikasının 07 fevral 2006-cı tarixli Qanunun 7.0.6-cı maddəsinin tələbləri qüvvəyə mindikdən 6 (altı) il, 01 may 2012-ci ildən sonra tətbiq olunmağa başlamasıdır. Bunu necə izah edə bilərsiniz?

Bundan əlavə, “Sosial Müavinatlar Haqqında”x9dAzərbaycan Respublikasının 07 fevral 2006-cı tarixli Qanunun 7.0.6-cı maddələrində göstərilənlər Azərbaycan Respublikasının Ali Qanuni olan Konstitusiyanın 25-ci (Bərabərlik Hüququ) və 149-cu maddələrində (Normativ Hüquqi Aktlar Haqqında) təsbit edilən əsas İnsan hüquqlarının və azadlıqlarının müddəalarına nə dərəcədə uyğundur?

Bizim tərəfimizdən həm şıfahi, həm də yazılı olaraq Dövlət Sosial Müdafiə Fonduna edilən müraciətlərə hər dəfə məsələyə baxılacağı və qərar qəbul ediləcəyi bildirilsə də, bu günə kimi heç bir konkret qərar qəbul edilməyib. Hamı bu məsələnin DSMF-nin sabiq rəhbəri, hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi Sizin tərəfinizdən həll edilə biləcəyini qeyd edirlər. Ona görə də, bir daha Sizdən xahiş edirik ki, çoxminli Qarabağ savaşının əsl iştrakçıları olan “Müharibə Veteran”x9dlarının intizarına nəhayət ki, son qoyasınız.

İnanmaq istərdik ki, bu məsələnin tez bir zamandan öz həllini tapması üçün əlaqədar dövlət və hökumət qurumları ciddi şəkildə tədbirlər görəcək və ortada olan çox böyük haqsızlığa və narazılıqlara son qoyacaqlar”x9d.


Zaur Abdullayev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin