Rüstəm Behrudi Akif Azalpın ittihamına cavab verdi

Hazırda oxunan: Rüstəm Behrudi Akif Azalpın ittihamına cavab verdi

46715

“Akif Azalpın məni plaqiatlıqda suçlamağa haqqı yoxdur. Mənim “Salam Dar ağacı” şeirim mənə qədər yazılan bu adda şeirlərin şahıdır”. Bu sözləri Rüstəm Behrudi Moderator.az a açıqlamasında Akif Azalpın Publika.az a müsahibə verərkən onu plagiatda günahlandırmasına münasibət bildirərkən deyib. R. Behrudi bu əsərin “Gündoğmuş” dastanının epiqrafından götürdüyünü desə də istinada ehtiyac olmadığını bildirdi:

“Akif mənim şeirimlə öz şeirini müqayisə etsin, bu zaman o görəcək ki, hansımızın əsərimiz bədii cəhətdən daha səviyyəlidir. Əgər onun və ya ondan öncə yazılan “Salam Dar ağacı” şeirləri daha keyfiyyətli olsaydı, təbii ki onların əsərləri dünyada tanınardı. Mənim bu şeirim dünyanın demək olar ki, bütün dillərinə tərcümə olunub və oxunur”.

Şair eyni zamanda Akif Azalpın onu xilas etməsi iddiasını da cavabsız qoymadı:

“Mən öz imzamı təsdiqləmiş insanam, kiminsə məni qorumağına ehtiyacım yoxdur. İndi Bakıda deyiləm. Qayıdanda özüm ona cavab verəcəm”.

 Xatırladaq ki, Akif Azalp müsahibə zamanı “Salam Dar ağacı” şerinin ona məxsus olduğunu bildirərək Rüstəm Behrudini plagiatlıqda günahlandırıb və onu tənqidi yazarlardan xilas etdiyini deyib.

 

Lalə Novruzlu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin