“Bu gün heç bir siyasi,qeyri siyasi güvvə təkbaşına qalib gələ bilməz”

Hazırda oxunan: “Bu gün heç bir siyasi,qeyri siyasi güvvə təkbaşına qalib gələ bilməz”

41371
“Milli Şura pərən-pərən olmayıb və inanıram ki heç olmayacaq da”. 

Bunu Moderator.az-a açıqlamasında “EL” Hərəkatının sədr müavini Eldəniz Quliyev  bəzi mətbu orqanlarda guya tezliklə Milli Şuranı çoxsaylı üzvlərin tərk edəcəyi ilə bağlı yayılmış infomasiyalara münasdibət bildirərkən söyləyib. 
O da etiraf edir ki, Milli Şuranı tərk edənlər var: 
“Bəli, qurumdan gedənlər var və bu bir faktdır. Amma eyni zamanda Milli Şuraya üz tutanlar, onu bəlkə də yeganə ümid yeri sayanlar da var. Bir çox halda biz adi bir şeyi anlamırıq,yaxud anlamaq istəmirik ki, ən mürəkkəb mətləblərin məğzi çox sadə olur”.
Eldəniz Quliyevin sözlərinə görə Milli Şura əsas və vacib məqamları unutmamalıdır:
 “Bu xüsusda dərk etməli, anlamalı, başa düşməliyik ki, güc birlikdədir. Bu gün heç bir siyasi,qeyri siyasi güvvə təkbaşına qalib gələ bilməz! Heç olmasa, birləşə bilmiriksə onda ayrı-ayrı da olsa bir mübarizə, yəni bir hədəf uğrunda mübarizə aparaq, bir yol naminə fəaliyyət göstərək”. 
“El” Hərəkatının sədr müavini müxalifəti birliyə çağırmağı da unutmadı:
 “Ənənəvi tendesiyanı dəyişməyin yeganə yolunu demokratik düşərgənin aparıcı şəxslərinin ambisiyalardan xilas olaraq, ortaya yeni konseptual mübarizə fəlsəfəsi qoymalarında, eləcə də gənclərə stavka edilməsində görürəm”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin