Zakir Həsənov Abdullah Güllə görüşdü - Foto

Hazırda oxunan: Zakir Həsənov Abdullah Güllə görüşdü - Foto

38836
Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün bir sıra görüşlər keçirib.
Türkiyənin Milli Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ilə görüşündə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Müdafiə naziri Z. Həsənov həmçinin Türkiyə prezidenti Abdullah Gül tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında münasibətlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
 
Azərbaycan nümayəndə heyətində müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov. Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Tofiq Qasımov və digər şəxslər təmsil olunurlar.
Zakir Həsənov Abdullah Güllə görüşdü - Foto Zakir Həsənov Abdullah Güllə görüşdü - Foto
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin