Üzeyir Cəfərov yenidən Nəcməddin Sadıqov haqda şok ittihamlar səsləndirdi

Hazırda oxunan: Üzeyir Cəfərov yenidən Nəcməddin Sadıqov haqda şok ittihamlar səsləndirdi

36542

Bu gün keçmiş daxili işlər naziri İsgəndər Həmidov Moderator.az saytına müsahibə verərək bir çox məqamlara, xüsusən də son günlər mətbuatın bir nömrəli mövzusuna çevrilmiş Nəcməddin Sadıqov personasına çox orijinal münasibət bildirib. Yazı sayta yerləşdiriləndən bir saat keçməmiş ölkənin ən nüfuzlu və prinsipial hərbi eksperti Üzeyir Cəfərov müsahibəyə çox maraqlı bir şərh yazıb poçtumuza göndərib. Onu olduğu kimi təqdim edirik:

“İsgəndər bəyin müsahibəsini diqqətlə oxudum. Ona prinsipial və ədalətli mövqeyinə görə təşəkkür etmək istəyirəm. Müsahibəsində Müdafiə Nazirliyinin Baş Qərargah rəisi- nazirin birinci müavini general-polkovnik rütbəsinə kimi yüksəldilmiş (yüksəlmiş yox !!!) Nəcməddin Sadıqovla bağlı hissəsinə öz münasibətimi bildirmək istəyirəm. Sözsüz ki, bu adamın, ətrafının müharibə illərini biz İsgəndər bəydən daha yaxşı tanıya bilmərik. Ona görə ki, onlar məhz İsgəndər bəyin gözləri qarşısında hərbi əməliyyatlarda iştirak edib , bacardıqlarını ediblər. Və onu da qeyd edim ki, həmin Komarov, Mudryak və digərləri Azərbaycan zabitlərindən dəfələrlə artıq məvacib, maşın və digər hədiyyələr alıblar.

O ki, qaldı Nəcməddin Sadıqovun müharibədən sonrakı fəaliyyətinə, məhz onun əsl siması sonradan açıldı və biz onun "iç üzünü" açıq gördük. O və onun əlaltısı polkovnik Elxan Məcidov sanki ordunun qəsdinə durdular və onlar əsgəri çağırış və digər məsələlərdən külli miqdarda pul, var-dövlət qazandılar.

İndi də bu proses yenidən davam etdirilir. Onlar yeni nazirin bir çox məsələləri bilmədiyindən istifadə edərək, çalışırlar ki öz çirkin niyyətlərini reallaşdırsınlar. Məhz bunlara görə və Zakir Həsənovun normal fəaliyyəti üçün bu adları çəkilən şəxslər dərhal ordu sıralarından kənarlaşdırılmalıdırlar.

Bunu təkcə biz yox, ordusunu, Silahlı Qüvvələrini güclü görmək istəyən istənilən vicdanlı azərbaycanlı deyir".

Hesab edirəm ki, bu məsələ də çox tezliklə öz həllini tapmalıdır və tapacaq.

 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin