“Facebook”x9d şirkəti Ukrayna prezidenti Pyotr Poroşenkonun bu ölkədə sosial şəbəkənin ofisinin açılması ilə bağlı müraciətinə cavab verib.
Moderator.az xəbər verir ki, “Facebook”x9d Ukraynanın istəyinin onlar üçüün elə də vacib olmadığını bildirib.
“Bir çox ölkə var ki, orada ofisimiz yoxdur. Xidmət göstərmək üçün “Facebook”x9dun hər ölkədə ofis yaratmasına lüzum yoxdur. Dublin şəhərində yerləşən baş qərargah və dünyanın iki nöqtəsindəki ofisimiz lazımi xidməti göstərə bilir”x9d.
Xatırladaq ki, daha əvvəl prezident Pyotr Poroşenko Ukraynada ofisin açılması xahişi ilə şəxsən özü Mark Zukerberqə müraciət etmişdi.
(avropa info)






































































































