Ağ Ev Trampın yer aldığı reklamlara 1 milyon dollardan çox vəsait xərcləyib – VİDEO

Hazırda oxunan: Ağ Ev Trampın yer aldığı reklamlara 1 milyon dollardan çox vəsait xərcləyib – VİDEO

639202

ABŞ administrasiyası Prezident Donald Trampın yer aldığı reklamların yayımlanması üçün dövlət büdcəsindən 1 milyon dollardan çox vəsait xərcləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "The New York Times" qəzeti  "AdImpact" reklam şirkətinin hesablamalarına istinadən yayıb.

Ötən həftəsonu ölkə üzrə televiziya kanallarında Trampın 2024-cü il seçki kampaniyası reklamı ilə eyni olan bir reklam çarxı yayımlanmağa başlayıb. 

"AdImpact" qeyd edib ki, həmin reklamın yerləşdirilməsinə 300 min dollardan çox vəsait sərf olunub. 
 

Videoda Tramp "son döyüş"dən danışır və hökumətdən "müharibə tərəfdarlarını" və "dərin dövlət"i (gizli hakimiyyət strukturlarını) qovacağına söz verir. Video "ABŞ hökuməti tərəfindən maliyyələşdirilib" yazısı ilə yekunlaşır. Reklam "Fox News" və "Saturday Night Live" kimi verilişlərdə, həmçinin kollec və peşəkar Amerika futbolu oyunları zamanı nümayiş etdirilib.


Ağ Ev bu materialları amerikalılara ölkələrini sevməyin vacibliyini və onun nəyə görə müdafiəyə layiq olduğunu xatırlatmaq məqsədi daşıyan "xidmət elanları" kimi təqdim edir.

Sonuncu reklam çarxından əlavə, Trampın yer aldığı və hökumət tərəfindən maliyyələşdirilən daha iki reklam da yayımlanıb. Onlardan biri kommunizmlə mübarizəyə və administrasiyanın siyasətinə həsr olunub, digərində isə Trampın "Mount Rushmore"dakı çıxışından kadrlar və sitatlar yer alıb. "AdImpact"ın qiymətləndirməsinə görə, onlardan birinə 70 min dollardan çox vəsait ayrılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin