Baş nazir telefon oğurladı - Toxunulmazlıq hüququndan məhrum edildi

Hazırda oxunan: Baş nazir telefon oğurladı - Toxunulmazlıq hüququndan məhrum edildi

639196

Macarıstan parlamenti Baş nazir Peter Magyarı toxunulmazlıq hüququndan məhrum edib. 

Bizim.Media xəbər verir ki, TASS-ın məlumatına görə, o, telefon oğurluğunda ittiham olunur.

Xatırladaq ki, Macarıstan Baş Prokurorluğu Magyarın toxunulmazlığının ləğv edilməsini tələb etmişdi. Qanunvericilər qərarı 139 səslə dəstəkləyiblər; əleyhinə və ya bitərəf qalan olmayıb.
 

Magyar təkcə Baş nazir kimi deyil, həm də parlament üzvü kimi fəaliyyət göstərir. Onun təmsil etdiyi "Tisza" partiyası parlamentdəki yerlərin üçdə ikisindən çoxuna sahibdir. O, özü toxunulmazlığının ləğv edilməsini xahiş edərək bildirib ki, istintaqla əməkdaşlıq etməyə hazırdır və qorxulu heç bir şeyi yoxdur.


Qeyd edək ki, 2024-cü ilin iyununda Peter Magyar gecə klubunda onu lentə alan şəxsin əlindən mobil telefonu alıb və daha sonra onu Dunay çayına atıb. Siyasətçinin sözlərinə görə, əvvəlki hakimiyyət ona qarşı təxribat törətməyə cəhd göstərib.

Magyar 2026-cı ilin mayında Baş nazir seçilib. O, bu vəzifəni 16 il tutmuş Viktor Orbanı əvəz edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin