Bundan sonra sürücülər “Panda” minmək istəyəcək – Şəhərdə park etmək üçün ən ideal variant

Hazırda oxunan: Bundan sonra sürücülər “Panda” minmək istəyəcək – Şəhərdə park etmək üçün ən ideal variant

639172

Böyük şəhərlərdə böyük maşın elə özü boyda dərddir. Tıxaclarda zolaq dəyişdirməyi ayrı, parklanma üçün sığışmağı bir ayrı dərd. Amma çarəsi tapılıb. 

Bizim.Media xəbər verir ki, italyan mexanik Andrea Marazzi 1993-cü il istehsalı olan "Fiat Panda"nı eni cəmi 50,2 sm olan bir nəqliyyat vasitəsinə çevirib. 

Bu dizayn avtomobilə dünyanın ən dar, idarə oluna bilən nəqliyyat vasitəsi titulunu və "Ginnesin Rekordlar Kitabı"nda yer qazandırdı. Avtoçobilə “Panda per uno” — yəni "Bir nəfərlik Panda" adı verilib.
 

Qeyri-adi nəqliyyat vasitəsi, onun ailəsinə məxsus avtomobil söküntüsü zamanı yaranıb. Marazzi avtomobili utilizasiyaya göndərmək əvəzinə, ona ikinci bir həyat verməyə qərar verir. Eyni zamanda, o, mümkün olan ən dar, idarə oluna bilən avtomobili yaratmağı qarşısına məqsəd qoyur.


Standart birinci nəsil "Fiat Panda"nın uzunluğu 3,38 metr, eni isə 1,46 metr idi. Avtomobilin enini təxminən üçdə iki hissə qədər azaltmaq üçün mexanik qapıları və yan panelləri çıxarıb, kuzovu ortadan kəsib. 

Qeyd edək ki, nəqliyyat vasitəsinin təxminən 90%-i orijinal hissələrdən ibarətdir. Avtomobilin maksimum sürəti saatda 15 km-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin