İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi – FOTO

Hazırda oxunan: İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi – FOTO

639136

Hindistanlı iş adamı Vijay Mallyanın Bengaluru şəhərindəki göydələnin damında inşa etdirdiyi dəbdəbəli malikanə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, təxminən 3700 kvadratmetr ərazini əhatə edən tikilidə böyük yaşayış sahələri ilə yanaşı, üzgüçülük hovuzu, bağlar və helikopter meydançası da yerləşir.

"Ağ Ev" adlandırılan malikanənin dəyərinin təxminən 20 milyon dollar olduğu bildirilir.

Göydələnin damında yerləşən bu qeyri-adi mülk Mallyanın hüquqi problemləri səbəbindən uzun müddətdir istifadə olunmur və boş vəziyyətdə qalır.(milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin