Serbiya Prezidenti vəzifəsindən istefa verdi

Hazırda oxunan: Serbiya Prezidenti vəzifəsindən istefa verdi

639096

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Vuçiç istefasını elan etdiyi müraciətində "bu gün mənim istefamı elan etdiyim gündür" deyərək, Serbiya Prezidenti vəzifəsində sonuncu dəfə vətəndaşlara müraciət etdiyini bildirib.

 

"Hörmətli vətəndaşlar, bu gün mənim istefamı elan etdiyim gündür və Serbiya Respublikası Prezidenti vəzifəsində sonuncu dəfə sizə müraciət edərkən sizi rəqəmlərlə yormamağa çalışacağam", - Vuçiç deyib.

 

O, çıxışının bir hissəsini yazılı mətndən oxuyacağını, qalan hissəsini isə öz düşüncələrindən söyləyəcəyini qeyd edib.

 

"Qərar anı gəlib çatıb. Tarix bizə öyrədir ki, tərəqqi heç vaxt təsadüfən əldə olunmur. O, çətin seçimlər, insanın öz vicdanı qarşısında məsuliyyəti və irəli getmək əzmi ilə əldə edilir", - Serbiya Prezidenti vurğulayıb.

 

Vuçiç çıxışında Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin sözlərinə istinad edərək, dövlətin başında uzun illər qaldıqdan sonra tərəqqinin nadir hallarda arzu edilən sürətlə baş verdiyini və idarəçiliyin çətin qərarlar qəbul etmək, hər bir qərara görə məsuliyyət daşımaq demək olduğunu bildirib.

O, həmçinin vətəndaşların ona iki dəfə böyük etimad göstərdiyini deyərək təşəkkür edib və Serbiyanı qarşıda gözləyən "yeni fəsil" barədə danışıb.

Qeyd edək ki, Vuçiç 2017-ci ildə keçirilən prezident seçkilərin birinci turunda 55,08 faiz səslə qalib gəlib. Onun ikinci prezidentlik müddəti 31 may 2022-ci ildə başlayıb və normal qaydada 2027-ci ildə başa çatmalı idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin