Avstraliya parlamentinin komitəsi OpenAI şirkətinin rəhbəri Sem Altman və Anthropic-in rəhbəri Dario Amodeini süni intellekt və məlumat mərkəzləri ilə bağlı dinləmələrə çağırıb.
Bizim.Media xəbər verir ki, ölkənin baş nazir Entoni Albaneze daha əvvəl bildirib ki, ChatGPT çat-botunu hazırlayan ABŞ-ın OpenAI şirkətinin süni intellekt agenti Avstraliyanın dövlət səhiyyə sisteminin məlumatlarına icazəsiz giriş əldə edib.
"The Guardian" qəzetinin məlumatına görө, hazırda şirkətlər süni intellekt modellərini öyrətmək üçün Avstraliyada yaradılan kontentə sərbəst giriş əldə etmək məqsədilə Kanberra ilə danışıqlar aparırlar.
Senator Sara Henson-Yanq bildirib ki, avstraliyalıların bu böyük şirkətlərin onların məlumatları ilə nə etdiyini, məlumatların işlənməsinə nə qədər su və elektrik sərf olunduğunu, həmçinin bunun cəmiyyətə və mədəniyyətə necə təsir göstərdiyini bilməyə haqqı var.
Bizim.Media





































































































