SEPAH Hörmüz boğazında ABŞ-ın pilotsuz sualtı aparatını ələ keçirdi

Hazırda oxunan: SEPAH Hörmüz boğazında ABŞ-ın pilotsuz sualtı aparatını ələ keçirdi

639038

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-a məxsus “Remus 600” tipli pilotsuz sualtı aparatının saxlanıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, pilotsuz sualtı aparat Hörmüz boğazında kəşfiyyat missiyası həyata keçirib. Bildirilib ki, əməliyyat zamanı elektron müharibə və kəşfiyyat imkanlarından istifadə olunub.

Məlumata əsasən, hazırda İranlı mütəxəssislər sualtı qayığın yaddaşında saxlanılan məlumatların bərpası üzərində işləyirlər.
 

Xatırladaq ki, sentyabrın 8-də SEPAH daha bir pilotsuz sualtı aparatın nəzarətə götürüldüyünü açıqlamışdı. Bundan sonra ABŞ ordusu dəniz pilotsuz aparatlarından birində nasazlıq yarandığını bildirmiş, lakin onun İran tərəfindən ələ keçirilib-keçirilmədiyini açıqlamamışdı.


Hörmüz boğazında vəziyyət ABŞ, İsrail və İran arasında fevralın 28-də başlayan müharibədən sonra gərgin olaraq qalır. İran boğazdan keçən gəmilərlə bağlı məhdudiyyətlər tətbiq edir. ABŞ isə İran limanlarına qarşı əks blokada tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin