Xəzərdəki təlimdə həlak olan hərbçilər təltif edildi

Hazırda oxunan: Xəzərdəki təlimdə həlak olan hərbçilər təltif edildi

639028

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuları ölümündən sonra təltif edib.

Bizim.Media xəbər verir ki, müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.

Sənədə əsasən, taqım komandiri Oljas Muxtarulu göstərdiyi şücaət və fədakarlığa görə “Aybın” ordeninin 2-ci dərəcəsi (Bauırjan Momışulı adına) ilə təltif edilib.
 

Eyni hərbi hissənin daha 13 hərbi qulluqçusu ölümündən sonra “Aybın” ordeninin 3-cü dərəcəsi (Raximjan Qoşkarbayev adına) ilə təltif olunub. Onların arasında bölmə komandirləri, dənizçilər və mütəxəssislər var.


Qeyd edək ki, Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin