Kaya Kallasın mətbuat katibi vəzifəsindən İSTEFA VERDİ

Hazırda oxunan: Kaya Kallasın mətbuat katibi vəzifəsindən İSTEFA VERDİ

634261

Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın mətbuat katibi və Avropa Komissiyasının (AK) nümayəndələrindən biri olan Anitta Hipper vəzifəsini tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu məlumat verib.

"Bu gün biz Anitta Hipper ilə vidalaşırıq", — deyə Pinyu bildirib.
 

O qeyd edib ki, Avropa Komissiyası Hipperi əvəz edəcək birini tapmaqda çətinlik çəkir. Yekunda bu vəzifəyə Avropa Komissiyasının mətbuat xidmətinin keçmiş əməkdaşı, daha sonra isə Aİ-nin Avstriyadakı nümayəndəliyinin işçisi olmuş Kristian Viqand təyin edilib.


Hipper Ursula fon der Lyayenin ilk səlahiyyət müddəti ərzində AŞ strukturlarında işləməyə başlayıb və 2024-cü ilin dekabrında xarici siyasət üzrə aparıcı nümayəndə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin