Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

Hazırda oxunan: Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

633038

İranın Livandakı keçmiş səfiri Məhəmmədrza Şeybaninin Livanda diplomatik status olmadan qalmaq üçün altı aylıq yaşayış icazəsi almaq məqsədilə müraciət etdiyi bildirilir.

Bizim.Media “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, müraciət Şeybaninin diplomatik vizasının avqustun 24-də başa çatması ilə əlaqədar təqdim edilib.

Məlumata görə, səfir müraciətdə İranın Livandakı akkreditə olunmuş nümayəndəsi kimi deyil, xarici vətəndaş və keçmiş diplomat kimi göstərilib.
 

Bu status ona Livanda diplomatik imtiyaz və toxunulmazlıq, eləcə də hər hansı rəsmi səlahiyyət olmadan yaşamaq hüququ verə bilər.


Şeybaninin İran tərəfindən Beyrutdakı səfir kimi təqdim edilməsinə baxmayaraq, Livan hökuməti onu “arzuolunmaz şəxs” (persona-non-qrata) elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin