190 milyondan çox uşaq təhlükədədir -xa0UNICEF

Hazırda oxunan: 190 milyondan çox uşaq təhlükədədir -xa0UNICEF

614606

Martın 22-24-də Nyu-Yorkda keçiriləcək “BMT 2023 Su Konfransı”nda dünya liderləri, beynəlxalq təşkilatlar və digər iştirakçılar 46 ildən sonra ilk dəfə dünyada hər kəsin su mənbələrinə çıxışının təmin edilməsi istiqamətində irəliləyişləri nəzərdən keçirmək üçün bir araya gələcəklər.

Konfransdan əvvəl dərc edilən hesabatda UNICEF dünyada 190 milyon uşağın su ilə bağlı böhran səbəbindən böyük risk altında yaşadığını açıqlayıb.

Hesabatda su, kanalizasiya və gigiyena xidmətlərinə çıxışın olmamasının xüsusilə 5 yaşdan aşağı uşaqlar arasında ölüm hallarının artmasına səbəb olduğu, uşaqların iqlim və ətraf mühitlə bağlı problemlər səbəbindən böyük təhlükə ilə üzləşdiyi qeyd olunub. Problemə son qoymaq üçün maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğu vurğulanıb.

Bundan əlavə, ən çox zərər çəkmiş ölkələrdə silahlı münaqişə və müharibə riskinin artırdığı, uşaqların təmiz suya və kanalizasiyaya çıxışını çətinləşdirdiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin