İran 200 kilometrlik hədəfi vura bilən raketləri sınadı

Hazırda oxunan: İran 200 kilometrlik hədəfi vura bilən raketləri sınadı

38683
Fars körfəzində keçirilən hərbi təlimlər zamanı İran Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr 200 kilometrlik hədəfi vurmaq gücünə malik olan “Qədr” raketlərini uğurla sınaqdan keçirib.

Moderator.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran ordusunun general-mayoru Hüseyn Çitforuş bildirib. “Müxtəlif tipli qırıcı təyyarələrə quraşdırılması mümkün olan bu raketlər hərbi təlimlər zamanı uğurla sınaqdan keçirilib”, deyə Hüseyn Çitforuş bildirib.
 
İran KİV-lərinin məlumatına görə, 200 kilometrlik hədəfi vurmaq gücünə malik olan “Qədr”  raketləri İran Hərbi-Hava Qüvvələri tərəfindən gələcəkdə baş verə biləcək hərbi əməliyyatlarda istifadə edilə bilər.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin