Putin 500 nəfərlik nümayəndə heyəti ilə Ermənistana səfər edəcək

Hazırda oxunan: Putin 500 nəfərlik nümayəndə heyəti ilə Ermənistana səfər edəcək

36428
Rusiya prezidenti Vladimir Putin dekabrın 1-2-də Ermənistanda səfərdə olacaq.

apa -nın xəbərinə görə, bunu “Azadlıq” radiosuna müsahibəsində Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan deyib.

 

A. Abramyan səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlıq məsələlərinin müzakirə olunacağını söyləyib: “Mən bilirəm ki, Ermənistan prezidentinin Rusiya prezidenti ilə müzakirə etmək istədiyi çox məsələ var”.  

 

A. Abramyan V. Putinin rəhbərlik edəcəyi nümayəndə heyətinə 500-ə yaxın insanın, o cümlədən iş adamlarının daxil olacağını və İrəvanda Ermənistan-Rusiya biznes forumunun keçiriləcəyini də əlavə edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin