İvanişvili: "İstəmirəm ki, mənim prezidentim istintaqa ifadə versin"

Hazırda oxunan: İvanişvili: "İstəmirəm ki, mənim prezidentim istintaqa ifadə versin"

35531
Gürcüstanın baş naziri Bidzina İvanişvili səlahiyyət müddəti başa çatan prezident Mixail Saakaşviliyə qarşı cinayət işinin açıla biləcəyini istisna etmir. Moderator.az-ın  “İnterfaks”a istinadən verdiyi məlumata görə, İvanişvili “İmedi” telekanalının efrində bəyan edib ki, hüquq-mühafizə orqanlarının Saakaşviliyə müəyyən sualları var.

“Saakaşviliyə qarşı hər hansı siyasi təqib olmayacaq. Lakin ona suallar var. Əgər sabiq baş nazir, sabiq müdafiə naziri həbsxanadadırsa, digər sabiq müdafiə naziri Fransada yaxalanıbsa, Tiflisin hazırki merinə qarşı 3 cinayət işi qaldırılıbsa, təbii ki, prezidentə də suallar olacaq”, - deyə o vurğulayıb.

Bununla belə İvanişvilinin ölkə prezidentinin istintaqa ifadə verməsini istəmədiyini bildirib: “Bir vətəndaş kimi istəmirəm ki, mənim prezidentim sorğu-sual edilsin yaxud da həbsxanaya düşsün. Bu, ölkənin imici üçün heç də yaxşı deyil. Lakin prokurorluq və məhkəmə var, mən onların işinə qarışmıram”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin