Martın 28-də Böyük Britaniyanın Xaricixa0 işlər naziri Boris Conson London merinin pasxa ziyafətində qərb ölkələrininxa0 təhlükəyə qarşı necə birlikdə mübarizə aparmaqları haqqında nitq söyləyib. O belə bir təhlükənin Rusiya olduğunu deyib.xa0
Moderator.az Consonun nitqinin Rusiyaya həsr olunmuş hissəsini oxuculara təqdim edir.xa0
“ Cənab lord-mer, zati aliləri, xanımlar və cənablar.
Mən Böyük Britaniyanın qlobal rolu və dünyada bizim müttəfiqlərimizlə işimiz haqqında danışmaq istəyirəm. Amma, əvvəlcə bu həftənin əsas hadisələrinin üstündə dayanmaq istəyirəm, ona görə ki, biz əvvəllər heç vaxt bu sayda Rusiya diplomatlarını göndərmədik. Bu dəqiqəyə kimi 27 ölkə də riskə gedərək ümumi rifaha uyğun gəlmədiyi üçün rus diplomatlarını çıxarıblar. Bir çox başqa ölkələr də başqa yolla gedib kəskin bəyanatlarla çıxış edərək, futbol üzrə Dünya çempionatına gedəcək nümayəndə heyətinin sayını ixtisara salıb.
Cənab lord-mer, əsassız olmaması üçün bütün fəxri siyahını oxuyuram: Albaniya, Avstraliya, Belçika, Kanada, Xorvatiya, Çexiya, Danimarka, estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Makedoniya, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniya, İsveç, Ukrayna, ABŞ. Əlavə olaraq NATO on Rusiya diplomatının akkreditasiyasını ləğv edib.
Aydın oldu ki, Kreml beynəlxalq birliyin gücünü qiymətləndirməyib. Əgər onlar fikirləşiblər ki, dünya artıq o qədər quru və abırsızdır ki, sakit Solsberidə kimyəvi silahın tətbiqi onu qayğılandırmayacaq. Əgər onlar fikirləşiblər ki,xa0 Sergey və Yuliya Skripalın əzab çəkməsi heç kimin vecinə deyil və bizxa0 ictimai təhlükəsizliyə yönəlmişxa0 bu ağılsız və ikrah oyadan qəsdə etinasız qalacağıq, hansı ki, bu səbəbdən daha 39 adam kömək üçün müraciət edib. Əgər onlar fikirləşiblər ki, biz o qədər mənəvi cəhətdənxa0 zəifik , o qədər karbohidrogenlərdən asılıyıq, o qədər risklərdən titrəyir, Rusiyadan qorxuruq və cavab verməyə cürət etmərik. İndi onlar cavablarını aldılar.
Ona görə ki, bu ölkələrin hamısı onları hansı təhlükənin gözlədiyini yaxşı bilirlər. Açıq söyləyirəm, bizi dəstəkləyən ölkələr Rusiya qarşısında daha zəif durumdadırlar, nəinki biz. İstər coğrafi cəhətdən, istərsə də enerji tələbatına görə. Və mən onlara təşəkkür edirəm, çünki onlar başa düşürlər ki, bundan sonra onların Rusiyadakı diplomatları ailələri ilə birlikdə məcburi yerdəyişmələrə məruz qala bilərlər.xa0 Nəinki 27 ölkə, hətta bir ölkə üçün bu,xa0 ciddi və qurban tələb edən bir qərardır. Mən ürəkdən onlara təşəkkür edirəm.xa0
Amma, hardasa mənim təşəkkürüm yersizdir. Axı, mən gözəl bilirəm ki, bu etiraz dalğası yalnız Solsberidəki hadisə ilə bağlı deyil, üstəlik də Böyük Britaniyaya simpatiyadan yaranmayıb. Amma istisna etmirəm ki, bunun da rolu var.xa0 Bu təkcə bizə aid deyil, bütün ölkələrə aiddir ki, biz hansı dünyada yaşamaq istəyirik. Ona görə mən inanıram ki, diplomatların göndərilməsi bizim ümumi hisslərimizin kristallaşması deməkdir.
xa0
Bütün dünyada- üç qitədəxa0 əsəb və təxribat son həddə çatanda, ölkələr var ki “ Bəsdir” deməyə hazırdırlar.
Krımın işğalından, Donbasa müdaxilədən, MH17 reysinə hücumdan, haker dağıtmalarından, Çernoqoriyada çevrilişə cəhddən, Suriyada kimyəvi silahı gizlədəndən, bundestaqa soxulmasından və seçkilərə qarışmaqdan sonraxa0 Rusiyanın fəlakət gətirdiyini daha çox ölkələr hiss etdilər.xa0
Britaniya Solsberisində baş verən hadisə, təkcə Avstraliyanın cənubundakı, Amerikanın Pensilvaniya, Şimali Karolina, Merilenddəkixa0 eyni adlı şəhərlərin əhalisinə təsir etməyib. Bu hadisə,xa0 Avropanın qorxusuz yaşamaq haqqı olan bütün sakit şəhərlərin hamısına təsir etdi. Bütün bu təxribatlardan sonra, nəhayət o an gəlib çatdı ki, dünya Rusiyanın yorucu yalan selinə, süründürməçiliyinə və qitələrarası ballistik uydurmasına qulaq asmaqdan imtina etdi.
Əvvəlcə bizə dedilər ki, “Noviçok” maddəsi heç vaxt olmayıb. Sonra danışdılar ki, olub, amma hamısı məhv edilib. Daha sonra bildirdilər ki, onun ehtiyatları İsveçdə, Çexiyada, Slovakiyada ya da ABŞ-da olub. Bu günlərdə isə, ümumiyyətlə “Noviçok”u yaradanın Tereza Mey olduğunu dedilər. Bu günlər ərzində eşitdik ki, guya Sergey Skripal yüksək doza qəbul etdiyindən əziyyət çəkirmiş və qərara alıb ki, özünü də qızını da öldürsün.xa0 Guya bu ölümə qəsd, Böyük Britaniya İvan Qroznını zəhərlədiyinə görə intiqamdır. Yaxud bunların hamısı dünya çempionatını pozmaq üçündür. Böyük Britaniya XİN bu cür cəfəng uydurmaların artıq 24 versiyasını sayıb. Mən çox şadam ki, 27 ölkə bir daha bu cəfəngiyatı eşitmək istəmədiyinə qərar verib.xa0
Bu, “Cinayət və cəza” romanının başlanğıcını xatırladır. Biz hamımız kimin günahkar olduğunu bilirik. Məsələ ondadır ki, o özü etiraf edəcək, yoxsa onu tutacaqlar. Son günlər bizim dəyərlər və beynəlxalq hüququn aliliyinə inamımız öz əhəmiyyətini göstərdi. Qətiyyətli və tez cavab yalnız NATO və Avropa Birliyindən deyil, bura daxil olmayan ölkələrdən də gəldi və göstərdilər ki, bizim idealların birliyinə məxsusdurlar. İnanıram ki, bu çox britaniyalıları ümidləndirəcək. Axı bir ildən sonra biz Avropanın bir hissəsi olmayacağıq, amma heç vaxt tənha qalmayacağıq. Və Böyük Britaniyanın dəstəklənməsi bir dah onu vurğulayır ki, istər bizim misilsiz kəşfiyat xidmətlərimizlə, istər silahlı qüvvələrlə və ya inkişafın maliyyələşdirilməsi istiqamətindəxa0 əməkdaşlıq etməklə, biz dostlarımızı dəstəkləməyə necə hazırıq.
xa0Məhz Qlobal Böyük Britaniyanı mən belə görürəm. Baş nazir qeyd şərtsiz vəd verib və mən onu təkrar edirəm: biz həmişə sizə kömək edəcəyik, necə ki, siz həmişə bizə kömək etmisiniz.xa0
İndi artıq doqquz ölkədə “Ofis” serialından Devid Brentin öz versiyaları var. Heyrətamiz olan odur ki, hər iki film bizim ölkədə çəkilib. “ Gözəl və Qorxunc” və “ Ulduz müharibələri”. Bəs, “Ulduz müharibələri”ndə adətən nəyi yellədirlər? Bəs, işıqlı qılınc harda icad olunub? Londonun hansı rayonunda? Aksbricdə və Cənubi Rayslipdə.
Müasir Böyük Britaniya ilə Vladimir Putinin hakimiyyəti arsında fərq də məhz budur. Onlar “ Noviçok” yaradır, bizsə işıqlı qılınc. Birinsisi- dəhşətli silahdır, məxsus adam öldürmək üçündür, ikincisi – qəribə şəkildə fit verən uydurulmuş rekvizitdir. Müasir dünyada bu silahın hansl effektlidir?
xa0
İqtisadiyata hansı daha çox xeyir verdi. Hansısı üç nəsil uşaqların təxəyyülünü heyran etdi və milyardlar qazandı? Onların hansını hədiyyə vermək olar və hansına nifrət etmək olar?
Sizi inandırıram ki, bizim ölkənin arsenalı zəhərlə dolmayıb, amma ondan daha güclüsü var: bizim sizinlə yaşadığımız azad cəmiyyətdə mümkün olan təxəyyülün gücü, kəşfetmə və innovasiya. Məhz bu güc üstünlük qazanır. Və biz öz gücümüzə inanırıq, ona görə də yalnızxa0 Rusiya dövlətindən çəkinmək deyil, bütün çətinliklərə baxmayaraq, rus xalqı ilə əlaqəyə girməli və dostluq axtarmalıyıq.xa0
Dönə-dönə təkrar etməliyik ki, onların hakimiyətinin paranoid baxışları faktlara əsaslanmır. Onları düşmənləri deyil, heyrətlə baxan ölkələr əhatə edir. Onlarıxa0 bu həftə belə bir qərar verən dostları əhatə edir, çünki bu dağıdıcı hərəkətlərə son vermək istəyirlər və sülh şəraitində, qarşılıqlı hörmət əsasında yaşamaq istəyirlər.
Mən inanıram ki, belə bir gün gələcək. Mən buna əminəm. Əgər bu baş verəcəksə, bu bizi dəstəkləyən ölkələrin qətiyyətliliyinə görə olacaq. Biz qərarlılığımızı saxlamalıyıq, ona görə ki, heç şübhəsiz bizi yeni sınaqlar gözləyir. Amma, mən sizi inandırıram ki, Britaniya höküməti və Britaniya xalqı sarsılmaz olaraq qalacaq.
Tərcümə etdi: İlham İsmayıl




































































































