Separatçı liderdən sonra mer də qaçdı – Qondarma rejimdə

Hazırda oxunan: Separatçı liderdən sonra mer də qaçdı – Qondarma rejimdə

216460
Qondarma Dnestryanı respublikasının Kamenka şəhərinin keçmiş meri Pyotr Mustya gözlənilmədən separatçı rejimin ərazisindən qaçıb.

Bu barədə informasiyanı Moldova mətbuatı yayıb. Mustya yoxa çıxdıqdan bir müddət sonra Moldovada peyda olub. Dnestryanı xüsusi xidmət orqanlarının merin fəaliyyəti ilə maraqlanması səbəbindən merin qaçdığı iddia edilir.

Qeyd edək ki, bundan öncə Dnestryanıdan Moldovaya separatçı rejimin keçmiş lideri Yevgeni Şevçuk qaçıb. Şevçuk maliyyə fırıldaqlarının ortaya çıxmaması üçün qondarma rejimi tərk edərək, Moldova xüsusi xidmət orqanlarına tabe olub.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin