Alkoqol qəbul etmədən sərxoş olmaq - “Pivə fabriki” sindromu nədir? – Video

Hazırda oxunan: Alkoqol qəbul etmədən sərxoş olmaq - “Pivə fabriki” sindromu nədir? – Video

645975

“Dünyada çox az sayda insan var ki, avtobroer sindromundan əziyyət çəkir. Buna “pivə fabriki” sindromu da deyirlər. Bu cür insanlar alkoqol qəbul etməsələr belə, testdən keçəndə onlarda alkoqol göstəricisi pozitiv çıxır”.

Bizim.Media xəbər verir ki, bunu həkim-fitoterapevt Elnur Eldaroğlu qonaq olduğu radio verilişində deyib.

Həkim sözügedən sindromla bağlı məlumat verib:

“Bu cür insanların bağırsaqlarındakı bakteriyalar bədəndəki şəkəri, nişastanı parçalayaraq etanol yaradır. Alkoqol qəbul etməsələr belə, bu cür insanlar spirtli içki qəbul etmiş şəxslər kimi müvazinətini itirir, ürəkbulanması, qusma, mədə narahatlığı, baş ağrıları kimi problemlərlə üzləşirlər. Bu cür şəxslərə probiotiklər verir, həmin bakteriyaları öldürmək üçün müalicə aparırlar.

Bundan əlavə, kontrolsuz şəkər xəstələrinin bəzilərinin dərilərindən çox spesifik qoxu gəlir. Bəzi insanlarda isə ağzından çox pis qoxu gəlir. Ona görə də mən müalicə zamanı daim bağırsaqların sağlam saxlanılmasına diqqət edirəm”, deyə həkim əlavə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin