Əvəz Ələkbərovun oğlu yüksək vəzifəyə təyin olundu - Foto

Hazırda oxunan: Əvəz Ələkbərovun oğlu yüksək vəzifəyə təyin olundu - Foto

645981

Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub.

Bizim.Media Dövlət Ehtiyatları Agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur. 

Əvəz Ələkbərov 1999-2006-cı illərdə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra edib. O hazırda Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasnın üzvü, Çəmbərək Rayon İcmasının sədridir.

Xatırladaq ki, ötən gün Səbuhi Sadıqov dövlət başçısının Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinə sədr təyin olunub. 

Fotoda Zaur Ələkbərov:

Əvəz Ələkbərovun oğlu yüksək vəzifəyə təyin olundu - Foto - foto 1


Fotoda Zaur Abişev:

Əvəz Ələkbərovun oğlu yüksək vəzifəyə təyin olundu - Foto - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin