Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olundu - FOTO

Hazırda oxunan: Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olundu - FOTO

636317

Səudiyyə Ərəbistanı Krallığının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 15-ci Baş Assambleyası keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov və komitənin İdman idarəsinin müdiri Həsənağa Rzayev təmsil ediblər.

Baş Assambleyanın açılış mərasimində ISSA-nın prezidenti Əbdüləziz bin Türki əl-Feysəl əl-Səud və İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri çıxış edərək iştirakçıları salamlayıblar.

Tədbirin gündəliyinə əsasən, Baş Assambleya çərçivəsində bir sıra vacib məsələlər müzakirə olunub. Müzakirələr sırasında "Ər-Riyad-2025" VI İslam Həmrəyliyi Oyunlarının yekun hesabatı, "Malayziya-2029" VII İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi, təşkilatın Nizamnaməsinə təklif edilən dəyişikliklər və 2025-ci il üzrə audit hesabatının təsdiqi yer alıb.

Assambleyada ISSA-nın 2026–2029-cu illər üzrə İcraiyyə Komitəsinə seçkilər keçirilib.

Seçki prosesi çərçivəsində Seçki Komissiyasının hesabatı dinlənilib, təsdiqlənmiş namizədlərin siyahısı elan olunub və 2026–2029-cu illər üçün İcraiyyə Komitəsinin yeni heyəti ilk iclasını keçirib.

Tədbirdə səlahiyyət müddəti başa çatan İcraiyyə Komitəsi üzvləri təltif ediliblər. Təltifetmə mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, ISSA-nın vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsindəki fədakar xidmətləri, dəyərli töhfələri, eləcə də rəhbərliyi və sadiqliyi ilə assosiasiyanın işinin irəliləməsinə, bütün İslam aləmində həmrəyliyin, əməkdaşlığın və idmanın inkişafının təşviq edilməsinə göstərdiyi xidmətlərə görə təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnamə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayevə təqdim olunub.

Assambleyada, həmçinin 2026–2029-cu illər üçün Atletlər Komissiyasının yeni heyəti və 2027-ci ildə keçiriləcək 16-cı Baş Assambleyanın keçiriləcəyi məkan və tarix müəyyən olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin