Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 azərbaycanlının həbs müddəti UZADILDI

Hazırda oxunan: Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 azərbaycanlının həbs müddəti UZADILDI

636137

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.

Bizim.Media “Report.az”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.

Belə ki, gəminin batması nəticəsində 14 nəfərin itkin düşməsi ilə bağlı Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.

Orxan Həsənoğlu bildirib ki, bu gün keçirilən məhkəmə iclasında gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinə - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətova qarşı ayrıca ittiham elan edilməyib.

Hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı üzrə istintaq aparılır:

"Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır", – deyə Həsənoğlu bildirib.
 

Həsənoğlu bildirib ki, Azərbaycan vətəndaşı olan heyət üzvləri digər məsul şəxslərdən fərqli olaraq gəmini son mərhələdə tərk edib və sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar.


"Onlar şübhəli şəxs qismində istintaqa cəlb edilməməlidirlər. Onlar baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Hesab edirik ki, onların hadisə zamanı göstərdikləri davranış və sərnişinlərə kömək etmək cəhdləri istintaq zamanı hərtərəfli qiymətləndirilməlidir", – deyə o vurğulayıb.

Sədr məlumat verib ki, polis istintaq qrupu hadisə baş verdiyi gündən bu günə qədər 300-ə yaxın izahat alıb.

Orxan Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin