“İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil ediləcək”.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında çıxışında bildirib.
“Son illərdə tərbiyəçi-müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi tətbiq edilib.
Bu mexanizm vasitəsilə təxminən 1300 yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub. Eyni zamanda tərbiyəçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi istiqamətində geniş diaqnostik proses həyata keçirilib, 11 mindən çox tərbiyəçinin bilik və bacarıqları qiymətləndirilərək onların peşəkar inkişaf ehtiyacları müəyyən edilib. Növbəti mühüm mərhələ tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasıdır".
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:33 / 11.09.2026
Bağça müəllimlərinin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bağça müəllimlərinin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bağça müəllimlərinin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı RƏSMİ AÇIQLAMA
636009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































