Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. 14 şəxs zəhərlənmə əlaməti ilə xəstəxanaya müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Dönərdən zəhərlənən 14 nəfərin vəziyyəti necədir? – TƏBİB-dən AÇIQLAMA
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, 29.07.2026-cı il tarixində Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.
Məlumata görə, Agentliyin əməkdaşları tərəfindən araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub. Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qeyd edilib ki, araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.



Xədicə Paşayeva, Bizim.Media


































































































