Peşə seçimi ilə bağlı psixoloji testlər ödənişsiz olacaq

Hazırda oxunan: Peşə seçimi ilə bağlı psixoloji testlər ödənişsiz olacaq

628132

Bu gün “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, açılış nitqi ilə çıxış edən DİM-in aparat rəhbəri Vəfadar Misirov bildirib ki, sərgi iyulun 29, 30 və 31-də keçiriləcək. Onun sözlərinə görə, sərgidə dövlət və özəl ali təhsil müəssisələri, eləcə də müxtəlif qurumlar stendlərlə təmsil olunacaq.
 

V.Misirovun sözlərinə görə, universitet və ixtisas seçimi həm abituriyentlər, həm də valideynlər üçün taleyüklü məsələdir. Bu baxımdan, ilk növbədə məlumatlılığın artırılması vacibdir. O bildirib ki, sərgi iştirakçıları universitetlərin maddi-texniki bazası, təhsil imkanları və təklif etdikləri ixtisaslarla birbaşa tanış olmaq imkanı əldə edəcəklər.


DİM rəsmisi əlavə edir ki, sərgi çərçivəsində peşə seçimi ilə bağlı ödənişsiz psixoloji testlər təşkil olunacaq. Bundan əlavə, bəzi ali təhsil müəssisələri üçün xüsusi zallarda təqdimatlar keçiriləcək, abituriyentlər və onların valideynləri burada universitet nümayəndələri ilə sual-cavab edərək ətraflı məlumat ala biləcəklər.

Qeyd edək ki, sərgi Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək və 3 gün davam edəcək.

Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin