Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Hazırda oxunan: Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

628070

Sumqayıt şəhərində yerləşən Nəsimi adına Mədəniyyət parkında tikinti məqsədilə sağlam ağacların kəsildiyi ilə bağlı görüntülər yayılıb. Şəhər sakinləri parkın bir hissəsində əvvəllər sıx ağaclıq olan ərazidə ağacların yerində böyük qazıntı sahələrinin yarandığını iddia edirlər.

Bizim.Media Space TV-yə istinadla xəbər verir ki, məsələ ilə bağlı həmin ərazidə tikinti işlərini həyata keçirdiyi deyilən Şərur MTK-nın rəhbəri İsfəndiyar Axundov bildirib ki, şirkətin nə həmin ərazidə ağac kəsməsi, nə də Sumqayıtda hər hansı layihə həyata keçirməsi barədə məlumatı var.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sözügedən ərazidə ağacların kütləvi kəsilməsi ilə bağlı yayılan görüntü və iddialar Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılacaq.


Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, qeyd olunan ərazidə tikinti işləri hazırda müvəqqəti dayandırılıb.

Qurumdan həmçinin qeyd olunub ki, parkda ağacların kütləvi kəsilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı rəsmi müraciət daxil olmayıb.

Daha ətraflı Space TV-nin hazırladığı videosüjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin