Türkiyədə narkotiklə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılan müğənni Sılanın analiz nəticələri “mənfi” çıxıb.
Bizim.Media xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bu barədə açıqlama verib.
“Əziz dostlarım, peşəkar həyatım boyunca bir sənətkar kimi həmişə cəmiyyət və gənclər üçün nümunə olmağa çalışmışam. Həm peşəkar, həm də şəxsi həyatımda həmişə bu həssaslıqla davranmağa çalışmışam.
Bu yaxınlarda davam edən prosesin bir hissəsi olaraq, sorğu-sual edildim və müxtəlif testlərdən keçdim. Prosesin sağlam və ağıllı şəkildə davam etməsi vacib idi. Bu gün məhkəmə-tibbi rəyim açıqlandı.
Özümə əmin idim. Məhkəmə-tibbi ekspertizasının rəyi də açıq şəkildə göstərdi ki, mənim heç bir narkotik və ya qadağan olunmuş maddə ilə əlaqəm yoxdur.
Bu müddət ərzində mənə inanan, etibar edən, dəstək olan və dualar edən ailəmə, yaxınlarıma, dinləyicilərimə, dostlarıma və sənət yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm. Həqiqətin həmişə üzə çıxacağına və ədalətin qalib gələcəyinə inamım sarsılmaz olaraq qalır.
Alnım açıq, başım dikdir" - deyə o qeyd edib.
Bizim.Media


































































































