Şirvan şəhərinin bir sıra məhəllələrində təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsindən məlumat verilib.
Bildirilib ki, iyulun 29-da aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən şəhərin "Bağ evləri" yaşayış sahəsində, Heydər Əliyev prospektində, Teymur Ələkbərov, Tofiq Bağırov, Hacı Zeynalabdin Tağıyev, Səməd Vurğun, Məhəmməd Aydınov, Zakir Hacıyev və Mehdi Hüseynzadə küçələrində yaşayan ümumilikdə 5144 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:56 / 29.07.2026
Şirvanın bəzi hissələrində qaz kəsiləcək
Hazırda oxunan: Şirvanın bəzi hissələrində qaz kəsiləcək
Hazırda oxunan: Şirvanın bəzi hissələrində qaz kəsiləcək
628114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































