İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

Hazırda oxunan: İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

628094

İranla müharibənin ABŞ iqtisadiyyatına vurduğu zərər 151,3 milyard dolları ötüb.

Bizim.Media  xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin hesablamalarına görə, iyulun 24-nə olan məlumata əsasən, münaqişənin ABŞ üçün ümumi iqtisadi dəyəri təxminən 151,3 milyard dollar təşkil edib. Qeyd olunur ki, Pentaqon isə yalnız birbaşa hərbi xərcləri 37,5 milyard dollar həcmində qiymətləndirir və bu rəqəm müharibənin orta və uzunmüddətli iqtisadi nəticələrini əhatə etmir.

“The Telegraph”ın jurnalistləri bildirirlər ki, döyüşlər hazırkı intensivlikdə davam edərsə, ilin sonunadək münaqişənin ABŞ iqtisadiyyatına vuracağı zərər 311,3 milyard dollara çata bilər.

Məqalədə, həmçinin qeyd olunur ki, müharibə artıq ABŞ-də benzin və dizel yanacağının qiymətlərinin artmasına təsir göstərib.

Daha əvvəl NBC telekanalı mənbələrə istinadla ABŞ-nin İrandakı hərbi əməliyyatlara çəkdiyi xərclərin 80-100 milyard dollar arasında ola biləcəyini bildirmişdi. Bu məbləğin Pentaqonun açıqladığı ilkin rəqəmlərdən təxminən üç dəfə çox olduğu qeyd olunurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin