Sibiqa İranın xarici işlər naziri ilə danışdı: “Gərginliyin artmasını istəmirik”

Hazırda oxunan: Sibiqa İranın xarici işlər naziri ilə danışdı: “Gərginliyin artmasını istəmirik”

628113

Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andriy Sibiqa İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Sibiqa X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub və əsas məqsəd Xəzər dənizində İran gəmisinə hücumdan sonra yaranmış gərginliyi müzakirə etmək olub.

“İranın xarici işlər nazirinə zəng edərək açıq söhbət apardım. Diplomatiya, hətta çətin olsa belə, birbaşa dialoq deməkdir. Məqsədimizin lazımsız eskalasiyanın qarşısını almaq olduğunu vurğuladım”, – deyə Sibiqa bildirib.

O qeyd edib ki, Ukraynanın bütün hərəkətləri yalnız Rusiyanın hərbi təcavüzündən müdafiəyə yönəlib və heç vaxt mülki gəmilərə və ya dinc insanlara qarşı olmayıb.

Sibiqa həmçinin İranın gəmiyə hücum nəticəsində bir İran vətəndaşının həlak olması ilə bağlı bəyanatına münasibət bildirib.
 

“Bu, İranın son insident zamanı vətəndaşının həlak olması və mülki gəmiyə hücum barədə açıqlamalarına da aiddir. Məqsədimiz bütün bu hadisələrin əsas səbəbi olan Rusiya təcavüzünə qarşı mübarizə aparmaqdır. Bütün təxribatlara və insan tələfatına görə tam məsuliyyət Rusiyanın üzərinə düşür”, – deyə o vurğulayıb.


Ukraynalı diplomat İranı gərginliyi artıra biləcək addımlardan çəkinməyə və Rusiyaya dəstəyi dayandırmağa çağırıb.

“Bu müharibə qanunsuzdur və başa çatmalıdır”, – deyə Sibiqa əlavə edib.

Öz növbəsində, Abbas Əraqçi bildirib ki, Sibiqa İran gəmisinə hücumun qəsdən edilmədiyini və Ukraynanın münaqişəni genişləndirmək niyyətində olmadığını təsdiqləyib.

İran XİN başçısı qeyd edib ki, Tehran da gərginliyin artmasını istəmir. Bununla yanaşı, o vurğulayıb ki, “İran vətəndaşlarına və ya ölkənin maraqlarına qarşı istənilən zərbə qəbuledilməzdir” və dəyən ziyanın ödənilməsini tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin