Pavel Durov terrorizmə yardım etməkdə İTTİHAM OLUNUR

Hazırda oxunan: Pavel Durov terrorizmə yardım etməkdə İTTİHAM OLUNUR

628122

“Telegram”ın qurucusu Pavel Durov Rusiyada beynəlxalq axtarışa verilib.
 
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinadən məlumat yayıb.

Durov terror fəaliyyətinə kömək etmə maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi) ilə cinayət işi üzrə ittiham olunub.

FSB-nin məlumatına görə, “Telegram” administrasiyası Ukrayna kəşfiyyat orqanlarının terror hücumları, kütləvi qətllər və kiberfırıldaqçılıq planlaşdırmaq üçün istifadə etdiyi kanalları, çatları və botları silə bilməyib. Bu, çoxsaylı itkilərə və milyardlarla dollar ziyana səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin