İran Çindən yüzlərlə daşınan HHM kompleksi alacaq? - FOTO

Hazırda oxunan: İran Çindən yüzlərlə daşınan HHM kompleksi alacaq? - FOTO

628146

İranın Çindən 300-400 ədəd daşınan hava hücumundan müdafiə (HHM) raket kompleksi almağı nəzərdən keçirdiyi bildirilir. Məlumata görə, söhbət Çinin istehsalı olan QW-12 və FN-16 tipli daşınan zenit-raket komplekslərindən (MANPADS) gedir.

Bizim.Media xəbər verir ki, informasiyanı Reuters yayıb. Bildirilir ki, mümkün müqavilənin dəyəri 60-70 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

Qeyd edək ki, QW-12 və FN-16 aşağı hündürlükdə uçan təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulmuş müasir daşınan hava hücumundan müdafiə sistemləridir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin