Ukrayna ordusu Kursk vilayəti üzərində Rusiya PUA-sını məhv etdi – VİDEO

Hazırda oxunan: Ukrayna ordusu Kursk vilayəti üzərində Rusiya PUA-sını məhv etdi – VİDEO

628139

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayəti üzərində "Forpost-R" kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bizim.Media xəbər verir ki, məlumatlara görə, PUA təxminən 4300 metr hündürlükdə Ukraynanın "Çaklun-KM" xüsusi pilotsuz aparatı vasitəsilə vurulub.
 

Bildirilib ki, "Forpost-R" İsrail istehsalı olan IAI Searcher Mk II aparatının Rusiyada lokallaşdırılmış versiyasıdır. O, MALE (orta hündürlük, uzunmüddətli uçuş) sinfinə aid kəşfiyyat-zərbə platformasıdır və lazerlə idarə olunan KAB-20 aviasiya bombalarını daşımaq imkanına malikdir.


Mənbənin iddiasına görə, Ukraynanın xüsusi pilotsuz aparatı PUA-ları artıq orta hündürlüklərdə fəaliyyət göstərən və indiyədək nisbətən təhlükəsiz hesab olunan Rusiya MALE sinifli pilotsuz aparatlarına qarşı da effektiv istifadə edilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin