Türkiyənin İstanbul şəhərinin Üsküdar rayon bələdiyyəsinin sədri Sinem Dedetaş saxlanılıb.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Anadolu Respublika Baş Prokurorluğu məlumat yayıb.
Üsküdar Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində yeni əməliyyat keçirilib. Əməliyyat zamanı bələdiyyə sədri Sinem Dedetaş da daxil olmaqla 6 nəfər saxlanılıb.
Baş Prokurorluğun məlumatına görə bələdiyyənin tabeliyində fəaliyyət göstərən Kent A.Ş. şirkəti vasitəsilə podratçılarla dəyəri 1 milyard lirəni aşan saxta məsləhət xidmətləri müqavilələri bağlanıb. Həmçinin tikinti icazələri ilə bağlı prosedurların şifrələnmiş rabitə şəbəkəsi üzərindən idarə olunduğu, bəzi iri layihələrdə isə rüşvətin nağd şəkildə, ABŞ dolları ilə alındığı irəli sürülür.
Qeyd edək ki, son zamanlarda Türkiyənin 81 vilayətində bələdiyyələrdə keçirilən əməliyyatlar zamanı onlarla bələdiyyə sədri və məmur saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Region
09:59 / 29.07.2026
Daha bir bələdiyyə sədri saxlanıldı
Hazırda oxunan: Daha bir bələdiyyə sədri saxlanıldı
Hazırda oxunan: Daha bir bələdiyyə sədri saxlanıldı
628120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































