İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi – FOTO

Hazırda oxunan: İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi – FOTO

628204

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Bizim.Media xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlandı.

Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
 

Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini dedi.


Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxundu və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğuladı.

Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edildi, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunuldu.

Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.








 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin