Doktoranturaya təqdim edilən 11 dil sertifikatı SAXTA çıxıb

Hazırda oxunan: Doktoranturaya təqdim edilən 11 dil sertifikatı SAXTA çıxıb

628125

Doktoranturaya qəbul zamanı təqdim olunan beynəlxalq xarici dil sertifikatlarının həqiqiliyi yoxlanılır.

Bizim.Media xəbər verir ki, bunu DİM-in aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, doktoranturaya qəbul üzrə DİM-ə təqdim edilən TOEFL, IELTS və digər beynəlxalq dil sertifikatlarının ekvivalentliyi və etibarlılığı yoxlanılır.
 

V. Misirovun sözlərinə görə, məsələ ilə bağlı bəzən narazılıqlar olur. Bəziləri bildirirlər ki, sertifikat beynəlxalq olduğuna görə onun yoxlanılmasına ehtiyac yoxdur. DİM rəsmisi vurğulayır ki, hətta bəzi hallarda bu imtahanlar ev şəraitində verilir və həmin sertifikatların həqiqiliyinə əmin olmaq üçün onlar yoxlanmalıdır.


O qeyd edir ki, sertifikatları təqdim edən Education Testing Service də bəzi sənədlərin saxta olduğunu təsdiqləyiblər.

Bildirilib ki, 162 beynəlxalq dil sertifikatı təsdiqlənib, 11 sənədin isə saxta olduğu müəyyən edilib.

Qeyd edək ki, sərgi Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək və 3 gün davam edəcək. Əsas məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin