Salyanda kişi ov tüfəngi ilə vuruldu: Kürəkən saxlanıldı - ŞOK DETALLAR - VİDEO

Hazırda oxunan: Salyanda kişi ov tüfəngi ilə vuruldu: Kürəkən saxlanıldı - ŞOK DETALLAR - VİDEO

628205

Ötən gecə Salyan rayonunun Qardili kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Bizim.Media APA TV-yə istinadən xəbər verir ki, ailə münaqişəsi zəminində kürəkənin öz qaynını ov tüfəngindən atəş açaraq qətlə yetirdiyi iddia olunur.
 

Qətl gecə saat 3 radələrində qeydə alınıb. Belə ki, rayonun Şəkərli kənd sakini, sərxoş vəziyyətdə olan 1966-cı il təvəllüdlü Natiq Sadıqovun ov tüfəngi ilə qaynı 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində qətlə yetirdiyi bildirilir.


"Gecə idi yatmışdıq. Gördüm ki, bir dənə "Ford" gəlib qapının ağzına, yeznəmin maşını idi. Oğlum durdu ayağa, getdi açdı qapını. Kürəkənim maşını saxlayan kimi silahı götürdü əlinə. Uşaq ayaqyolunun qapısından içəri girmək istəyəndə onu vurdu. Yıxıldı qapının ağzına, öldü. Ürəyinin başından vurdu. Ayağına, qoluna vursa idi, heç olmasa salamat qalardı. Dörd uşağı qaldı. Yoldaşı da ölüb", - deyə mərhumun anası bildirib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin