“Cari ilin son 6 ayı ərzində ümumilikdə 143 tibb işçisinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi müəyyən edilib”.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, həmin tibb işçilərinin barələrində inzibati tənbeh tədbiri seçilərək, İXM-nin müvafiq maddəsinə əsaslanan protokollar tərtib olunub:
”Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə uyğun olaraq, özəl tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir”.
Açıqlamaya əsasən, özəl tibb müəssisəsi olsa belə, sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin heç bir tibb müəssisəsində praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə uyğun olaraq, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.
Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:30 / 29.07.2026
Sertifikatı olmayan 143 həkim CƏZALANDIRILDI – ÖZƏL/RƏSMİ
Hazırda oxunan: Sertifikatı olmayan 143 həkim CƏZALANDIRILDI – ÖZƏL/RƏSMİ
Hazırda oxunan: Sertifikatı olmayan 143 həkim CƏZALANDIRILDI – ÖZƏL/RƏSMİ
628147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































