Odessada küçələrin birində avtomobil partlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Məlumata görə, bu, gün ərzində şəhərdə baş verən ikinci avtomobil partlayışıdır. Hadisə nəticəsində avtomobilin sürücüsü həlak olub, sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yerli "Dumskaya" nəşri mənbələrə istinadən yazır ki, partlayış zamanı həyatını itirən şəxs Daxili İşlər Nazirliyinin veteranıdır. Bildirilir ki, o, 12 ildən artıq idi təqaüddə olub və Müdafiə Qüvvələri ilə əlaqəsi olmayıb.
Hüquq-mühafizə orqanları isə hələlik bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
10:24 / 29.07.2026
Odessada avtomobil partladı – ÖLƏN VAR – VİDEO
Hazırda oxunan: Odessada avtomobil partladı – ÖLƏN VAR – VİDEO
Hazırda oxunan: Odessada avtomobil partladı – ÖLƏN VAR – VİDEO
628131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































