Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

Hazırda oxunan: Zelenski Trampdan nə istəyib? – Özü AÇIQLADI

628182

Ukrayna prezidenti Volodimir Zelenski enerji fəlakətinin qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampdan "Patriot" raketlərindən ibarət "qış paketi" istəyib.
 
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə "Axios"a verdiyi müsahibədə bildirib.
 

O, qış mövsümündə enerji infrastrukturunu Rusiya zərbələrindən qorumaq məqsədilə Ukraynaya təcili olaraq "Patriot" ələkeçirici raketlərinin verilməsi üçün Trampa müraciət etdiyini deyib.


 Zelenskinin sözlərinə görə, mövcud ehtiyatlar demək olar ki, tükəndiyi üçün Ukrayna qış başlayana qədər 300 ələkeçirici raket əldə etməyi hədəfləyir. O vurğulayıb ki, bu raketlər olmadan Rusiya milyonlarla ukraynalını elektrik və istiliksiz qoya bilər.
 
Zelenski həmçinin qeyd edib ki, Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziyaların verilməsi istiqamətində işləri davam etdirməyə razılaşıb. Bununla belə, kütləvi istehsal bir ildən beş ilə qədər vaxt apara bilər, halbuki "Patriot"lara çoxdan ehtiyac var.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin