Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

Hazırda oxunan: Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb - Lavrov

628186

Bütün Qərb dünyası Rusiyaya qarşı çıxıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
 

“Bizim mərkəzi kanallar Qərbin nə planlaşdırdığını göstərir. Yəqin ki, vəziyyətin ciddi olduğunu anlamaq üçün bunu hər kəsin görməsi vacibdir. Rusiya Prezidenti Vladimir Putin bunu gizlətmir. Özünü belə adlandıran bütün “sivil” dünya bizə qarşı birləşib”, – deyə o, bildirib.


Lavrov, həmçinin Baltikyanı ölkələri Rusiyaya qarşı “əsas döyüş başlıqları” adlandırıb. Onun sözlərinə görə, Qərb Ukrayna Prezidenti Volodimir Zelenskinin terrorizm adlandırdığı siyasətini münaqişənin dönüş mərhələsi kimi təqdim edir.

Qeyd edəək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Qərb ölkələrinin aqressiv addımları Ukraynadakı münaqişəyə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin