Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

Hazırda oxunan: Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO

628181

İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə rəsmi səfərinin yekununda iki ölkə arasında sənədlərin imzalanması zamanı qəribə vəziyyət yaşanıb.

Bizim.Media xəbər verir ki, iraqlı hökumət başçısı iyulun 28-də Ankaraya səfər edib.
 
O, Beştəpə iqamətgahında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlər danışıqlardan sonra mətbuat konfransı keçiriblər. Tədbir zamanı Ankara və Bağdad arasında 5 sazişin imzalanması da nəzərdə tutulubmuş. Lakin liderlərə 4 sənəd təqdim olunub.

R.T.Ərdoğan məsələdən dərhal duyuq düşüb. O, təccüblə deyib: “Axı beş anlaşma olmalı idi? Bir yanlışlıq olmasın”. 

Bundan sonra Əli əl-Zeydi məsələyə müdaxilə edib. Bəlli olub ki, İraqın nəqliyyat naziri Vəhb Həsəni “İnkişaf yolu” layihəsi ilə bağlı sənədi imzalamaqdan boyun qaçırıb. 

R.T.Ərdoğan da məsələni aydınlaşdırmaq üçün xarici işlər naziri Hakan Fidanı yanına çağırıb. Əli əl-Zeydi isə Vəhb Həsəniyə müqaviləni iştirakçıların qarşısında imzalamağı tapşırıb.

Baş nazirin göstərişindən sonra o, sənədi imzalayıb və mərasim davam edib. İki ölkə liderinin mətbuat konfransı televiziyalar vasitəsilə canlı yayımlandığına görə, bu vəziyyət də kameralara düşüb. 

Qeyd edək ki, İraqın yeni nəqliyyat naziri Həsəni İrana yaxınlığı ilə seçilən Şiə Koorrdinasiya Şurası və Bədr təşkilatının üzvüdür.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin