Taksidə yeni NARAZILIQ – Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR – FOTOFAKT

Hazırda oxunan: Taksidə yeni NARAZILIQ – Ödənişdən sonra sərnişinlərdən bəxşiş İSTƏNİLİR – FOTOFAKT

627956

Tez-tez taksi xidmətlərinin qiymətinin artması haqqında xəbərlər eşidirik. Bu da müəyyən narazılıq yaradır.

İndi isə gündəmə başqa bir mövzu gəlib. Belə ki, taksi xidmətindən istifadə edən sərnişinlər nağdsız ödəniş edəndən sonra onlara bəxşişlə bağlı bildiriş gəlir.

Bildirişdə göstərilir ki, “bəxşiş sürücüyə çatacaq”.

Bəxşiş üçünsə 3 variant təklif olunur: 0.8, 1.2 və 1.6 manat...

Müştəri istəsə bu rəqəmlərdən birini seçərək sürücüyə bəxşiş verə bilər.

Bəs operatorlar tərəfindən belə bir təklifin irəli sürülməsi nə qədər doğrudur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bəxşiş bütün hallarda könüllü verilir:

“Bu normal yanaşmadır. Ona görə də operator şirkətlərinin müştəriyə bəxşiş təklif etməsində hər hansı bir qanun pozuntusu yoxdur. Onsuz da taksidən istifadə edən müştərilər sürücülərə müəyyən bəxşiş verirlər. Bu könüllülük məsələsidir. Operator şirkətləri də sadəcə bunu xatırladır”, - deyə ekspert əlavə edib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin