Alimlərin ARAŞDIRMASI: Dinozavrların nəsli cəmi bir neçə saat ərzində kəsilib

Hazırda oxunan: Alimlərin ARAŞDIRMASI: Dinozavrların nəsli cəmi bir neçə saat ərzində kəsilib

628134

66 milyon il əvvəl Meksika ərazisinə düşən Çiksulub asteroidi dinozavrlar dövrünün sonunu gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə yeni elmi araşdırmada bildirilir.

Araşdırmaya görə, asteroid Yerə 100 teraton trotil ekvivalentində güclə çırpılıb. Bu, Xirosima və Naqasakiyə atılan atom bombalarının ümumi gücündən milyard dəfələrlə çox olub.

Zərbə nəticəsində təxminən 25 trilyon metrik ton qaya və digər material atmosferə qalxıb, daha sonra isə qızmış hissəciklər şəklində Yerə yağıb. Bu materialın bir hissəsi buxara çevrilib.
 

Tədqiqatçılar hesab edirlər ki, atmosferdə yaranan qaya buxarı təbəqəsi sferik hissəciklərdən daha ölümcül olub. Onların fikrincə, qlobal məhvə səbəb zərbə dalğası və ya alov topu deyil, atmosferə yayılan nəhəng buxar və toz buludu olub.


Araşdırma müəlliflərindən biri bildirib ki, bu toz və buxar buludu olmasaydı, zərbə çoxsaylı canlıların məhvinə səbəb olsa da, planet miqyasında kütləvi yoxolma baş verməzdi.

Alimlər eyni zamanda dinozavrların məhvində aclığın da mühüm rol oynadığını istisna etmirlər. Belə ki, atmosferi örtən toz buludu illərlə, hətta onilliklərlə Günəş şüalarının Yer səthinə çatmasına mane olaraq ekosistemin çökməsinə səbəb ola bilərdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin